elam<
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
elam
is. [ər.] klas. Bildirmə, anlatma, xəbərdar etmə. Elam etmək. Elam qılmaq. – Bəhərhal, hər nə ki muradınızdır, mənə elam edin! “Mehri-mah”. [Şah Abbas:] Sonra üzün hərəmlərə tutub xitab elədi: ..Mən kəmaliəfsus ilə məcburəm ki, bir yaman xəbəri sizə elam edəm. M.F.Axundzadə. Seyyid, ol mah sənin qətlinə iqdam etdi; Gedib öz çarəni qıl, eylədi elam sənə. S.Ə.Şirvani.